Afrikadan qayıdan Avstriya sakini
Dünya
147
28 May 2026 | 23:17

Afrikadan qayıdan Avstriya sakini "Ebola" simptomları ilə xəstəxanaya yerləşdirilib

Uqandadan Avstriyaya gələn turist "Ebola" simptomları ilə xəstəxanaya yerləşdirilib.

Moderator.az xəbər verir ki, bu barədə "Kronen Zeitung" qəzeti Avstriya Dövlət Səhiyyə İdarəsinin açıqlamasına istinadən məlumat yayıb.

"Dünən Urfahr-Umgebung rayonunun sakini xəstəliyin simptomları səbəbindən stasionar müayinə üçün xəstəxanaya yerləşdirilib. Bu şəxs Uqandadan qayıtdığı üçün təcrid olunub və tibbi tövsiyələrə uyğun olaraq müalicə alır", - deyə açıqlamada bildirilib.

Əgər həkimlər turistdə Ebola virusu aşkarlandığını təsdiqləsələr, bu, hazırkı epidemiya dövründə Avropada virusa ilk yoluxma halı olacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər