22:24
21°C
Bakı
"İsrail Antonio Quterreşin BMT-nin baş katibi vəzifəsini tutduğu müddətcə baş katibin ofisi ilə heç bir təmasda olmayacaq".
Moderator.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu İsrailin təşkilatdakı daimi nümayəndəsi Dani Danon bəyan edib.
Danon əlavə edib ki, İsrail tərəfinin fikrincə, Quterreş etimadı itirib.
Daimi nümayəndənin bu sözləri BMT-nin daha əvvəl bir sıra İsrail qurumlarını "münaqişə zonalarında cinsi zorakılıq" ittihamı ilə qara siyahıya salmasından sonra səslənib.
İsrailli diplomatın sözlərinə görə, BMT bu addımları ilə İsraili HƏMAS, İŞİD və dünyanın ən barbar terror təşkilatları ilə eyni sıraya qoyub.