SEPAH: İran ordusu ABŞ ilə İsrailin istənilən hücumuna hazırdır
Dünya
161
20:00, Bu gün

SEPAH: İran ordusu ABŞ ilə İsrailin istənilən hücumuna hazırdır

İran ordusunun bütün bölmələri ən yüksək hazırlıq səviyyəsindədir və ABŞ ilə İsrailin istənilən hücumuna cavab verməyə hazırdır.

Moderator.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehran vilayəti üzrə briqada generalı, "Məhəmməd Rəsulullah" korpusunun komandanı Sərdar Həsənzadə bəyan edib.

"Biz hələ müharibədən əvvəl, keçmiş təcrübəyə əsaslanaraq, hazırlığın artırılması prosesinə başlamışdıq, son müharibədən sonra isə müxtəlif bölmələr arasında koordinasiya və qarşılıqlı əlaqə daha da gücləndirilib.

Döyüş əməliyyatları dayandırıldıqdan dərhal sonra son təcrübəyə əsaslanan təlimlər və yeni məşqlər başlayıb və bu gün korpusun ən mürəkkəb şəraitdə cavab vermə, müqavimət göstərmə və təhlükəsizliyin təmin edilməsi üzrə hazırlığı əvvəlkindən xeyli yüksək və güclüdür", - S. Həsənzadə bildirib.

Qeyd edək ki, bu bəyanat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) İranı atəşkəs rejimini pozmaqda ittiham etməsindən sonra yayılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər