ABŞ-İran razılaşması ehtimalı fonunda neft KƏSKİN UCUZLAŞDI
Dünya
148
11:42, Bu gün

ABŞ-İran razılaşması ehtimalı fonunda neft KƏSKİN UCUZLAŞDI

ABŞ və İran arasında Yaxın Şərq münaqişəsinin həlli istiqamətində mümkün razılaşma fonunda neft nəzərəçarpacaq dərəcədə ucuzlaşıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
 
Bakı vaxtı ilə saat 09:10-da Londonun ICE birjasında iyul ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 5.94 dollar (5.74%) azalaraq bir barel üçün 97.60 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 0.96 dollar (0.94%) artaraq bir barel üçün 103.54 dollar təşkil etmişdi.
 
Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçersləri 5.97 dollar (6.18%) ucuzlaşaraq bir bareli 90.63 dollara satılıb. Əvvəlki sessiyada WTI markalı xam neft 0.25 dollar (0.26%) bahalaşaraq bir barel üçün 96.60 dollar təşkil etmişdi.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər