İranda yanacaq qıtlığı yaşanır
Dünya
142
22 May 2026 | 23:47

İranda yanacaq qıtlığı yaşanır

İranın neft naziri Möhsün Paknejad ABŞ və İsrailin ölkənin enerji obyektlərinə hücumlarından sonra yanacaq qıtlığının yaşandığını etiraf edib.

Moderator.az xəbər verir ki, nazir yanacaqdan səmərəli istifadəni təmin etmək üçün ictimai dəstəyə ehtiyac duyduqlarını bildirib.

"ABŞ və İsrailin İrana hücumları zamanı Tehranda bəzi qaz təsisatları, saxlama çənlərini və yanacaq təchizatı ciddi zərər görüb. Sıradan çıxan obyektlərin əksəriyyəti tez bir zamanda bərpa edilib. 40 günlük müharibədə itirdiklərimizin çoxunu tez bir zamanda bərpa etdik, lakin yanacaqdan səmərəli istifadə etmək üçün yenə də ictimai dəstəyə ehtiyacımız var".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər