Dünya
292
19:55, Bu gün

"Trampın oğlunun toyu və İran amili: Vaşinqtonda diqqətlər Baham adalarına yönəlib" - "Yeni Şafak"

"ABŞ-İran gərginliyi fonunda Tramp ailəsinin toyu diqqət mərkəzinə çevrilib..."

ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Jr. yaxın günlərdə model və Florida cəmiyyətinin tanınmış simalarından olan Bettina Anderson ilə evlənəcək.

Moderator.az xəbər verir ki, bu barədə "Yeni Şafak" nəşri məlumat yayıb.

Tramp ailəsi Baham adalarında gizli toya hazırlaşır

Məlumatda deyilir ki, mərasimin Baham adalarında yerləşən kiçik özəl adada keçirilməsi planlaşdırılır. Məlumata görə, toy mayın 24-də, ABŞ-da qeyd olunan "Memorial Day" bayramı günlərində baş tutacaq. Tədbirə yalnız ailə üzvləri və yaxın dostların qatılması nəzərdə tutulur. Mənbələrin bildirdiyinə görə, qonaqların sayı 50 nəfərdən çox olmayacaq.

"Hazırda İranla məşğulam"

Əsas müzakirə mövzusu isə ABŞ prezidentinin toyda iştirak edib-etməyəcəyidir. Donald Tramp jurnalistlərə açıqlamasında mərasimə qatılmağa çalışacağını desə də, hazırkı vəziyyətin "ən uyğun zaman olmadığını" bildirib. "İran və digər məsələlərlə məşğulam. Hazırda hadisələrin tam mərkəzindəyəm", - deyə Tramp vurğulayıb.

Mənbələrin sözlərinə görə, cütlük əvvəlcə toyun Ağ Evdə keçirilməsi variantını da nəzərdən keçirib. Lakin ABŞ-İran qarşıdurması fonunda bundan imtina olunub. Onların fikrincə, regionda gərginlik və insanların öldüyü bir vaxtda təmtəraqlı mərasim ictimaiyyət tərəfindən mənfi qarşılana bilərdi.

Toy niyə Tehranda diqqətlə izlənilir?

Donald Tramp Jr. bunun həyatındakı ikinci evlilik olacaq. O, daha əvvəl Vanessa Heydon ilə 12 il evli olub və bu nikahdan beş övladı var. Cütlük 2018-ci ildə ayrılıb. Maraqlıdır ki, Vanessa Tramp bir neçə gün əvvəl ona süd vəzi xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb. ABŞ mediası yazır ki, bu toy sadəcə ailə tədbiri kimi deyil, həm də İranla bağlı mümkün siyasi və hərbi proseslər fonunda diqqətlə izlənilir. 

İsrailin İrana qarşı son əməliyyatları ərəfəsində də Baş nazir Benyamin Netanyahunun oğlunun toy xəbərlərinin informasiya manipulyasiyasının bir hissəsi kimi istifadə edildiyi iddia olunurdu. Buna görə də Tramp ailəsinin toyu ətrafında yaranan informasiya axını Tehranda da xüsusi diqqətlə izlənilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər