ABŞ razılaşma əldə olunana qədər İrana qarşı sanksiyaları yumşaltmayacaq
Dünya
217
20 May 2026 | 23:47

ABŞ razılaşma əldə olunana qədər İrana qarşı sanksiyaları yumşaltmayacaq

Vaşinqton ikitərəfli razılaşma əldə olunana qədər Tehrana qarşı sanksiyaları yumşaltmağı planlaşdırmır.

Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

O, Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə verdiyi açıqlamada deyib: "Onlar razılaşma imzalayana qədər heç bir güzəştə getməyəcəyəm. Xeyr, biz heç nə təklif etməmişik".

18 mayda "Tasnim" xəbər agentliyi bir mənbəyə istinadən Vaşinqtonun Tehranla danışıqlar zamanı İran neftinə qarşı sanksiyaları dayandırmağa razı olduğunu bildirib.

Link kopyalandı!
Son xəbərlər