00:31
16°C
Bakı
Türkiyənin paytaxtı Ankara şəhərində mikroavtobusla yük maşınının toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
Moderator.az "Haber Global" istinadən xəbər verir ki, yağışlı və sürüşkən yolda mikroavtobusun sürücüsü idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb və nəticədə yük maşını ilə toqquşub.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.