ABŞ Kubanın sabiq prezidenti Raul Kastroya qarşı ittiham irəli sürüb
Dünya
218
21:15, Bu gün

ABŞ Kubanın sabiq prezidenti Raul Kastroya qarşı ittiham irəli sürüb

ABŞ Kubanın sabiq prezidenti Raul Kastroya qarşı ittiham irəli sürüb.

Moderator.az xəbər verir ki, Reutersin yaydığı məlumata görə, bu barədə Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndəsi məlumat verib.

Məlumata görə, bu addım Vaşinqtonun Kubanın kommunist hökumətinə təzyiq siyasətinin gücləndirilməsi kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Trump Kubada rejim dəyişikliyinə çağırış edib.

94 yaşlı Raul Kastro 2008-ci ildə qardaşı Fidel Kastronun səhhətində yaranan problemlərdən sonra prezident vəzifəsini icra etməyə başlayıb. O, 2018-ci ildə prezident postundan getsə də, Kuba siyasətində təsirli fiqur olaraq qalır.

Havana ittihamla bağlı hələlik birbaşa şərh verməyib. Kubanın xarici işlər naziri Bruno Rodriquez Parrilla isə mayın 15-də ABŞ-ın embarqo, sanksiya və təhdidlərinə baxmayaraq ölkənin suveren inkişaf yolunu davam etdirdiyini bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər