20:34
18°C
Bakı
"Çinin Sədri Si Cinpinin Rusiya Prezidenti Vladimir Putinlə görüşməsi yaxşı haldır".
Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
Ağ Evin rəhbəri Rusiya prezidentinin Çində qarşılanma mərasimini izlədiyini etiraf edib.
Xatırladaq ki, mayın 13-15-də Trampın Pekinə səfəri baş tutub. Səfər zamanı o, Si Cinpinlə ticarət, Tayvan, İran və Ukrayna münaqişəsini müzakirə edib.