KİV: Trampla Netanyahu arasında İranla bağlı uzun və dramatik telefon danışığı olub
Dünya
351
17:10, Bu gün

KİV: Trampla Netanyahu arasında İranla bağlı uzun və dramatik telefon danışığı olub

ABŞ-nin İrana mümkün hücumu fonunda ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında çox uzun və dramatik telefon danışığı olub.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları dünən gecə saatlarında müzakirələr aparıblar.

Daha əvvəl Tramp bəyan etmişdi ki, İrana mayın 19-na planlaşdırılan hücumdan Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə imtina edib.

Məlumata görə, ABŞ lideri İrana iki-üç günlük vaxt verib və bu müddətin gələn həftənin əvvəlinə qədər uzadılması istisna olunmur.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər