ABŞ vətəndaşlarına üç Afrika ölkəsinə getməyi qadağan etdi
Dünya
211
13:33, Bu gün

ABŞ vətəndaşlarına üç Afrika ölkəsinə getməyi qadağan etdi

ABŞ Dövlət Departamenti Ebola virusunun yayılması ilə əlaqədar olaraq öz vətəndaşlarına Konqo Demokratik Respublikası (KDR), Uqanda və Cənubi Sudana getməyi qadağan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə qurumun rəsmi internet səhifəsində məlumat dərc olunub.
 
ABŞ vətəndaşlarının adıçəkilən bu üç dövlətə səyahətlərinə ən yüksək - dördüncü səviyyəli məhdudiyyət tətbiq olunur. Bundan əlavə, Dövlət Departamenti ABŞ vətəndaşlarına Ruandaya səfərdən çəkinməyi də qəti şəkildə tövsiyə edib.
 
Xatırladaq ki, bundan əvvəl qurum yeni epidemiyanın episentri sayılan KDR-in İturi əyalətinə ABŞ-lilərin səfərlərini qəti şəkildə qadağan etmiş, həmçinin bu dövlətin digər bölgələrinə və Uqandaya planlaşdırılan səfərlərə yenidən baxılmasını məsləhət görmüşdü.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər