Bizi sosial şəbəkələrdən izləyin:
"BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kiyev, Moskva, Kosovo və Bakı şəhərlərində ölkə proqramları fəaliyyət göstərir. Yaxın vaxtlarda Aşqabad şəhərində də layihə və ya proqram ofisinin açılması planlaşdırılır".
Moderator.az xəbər verir ki, bu barədə Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsinə keçirilən iclasda deyib.
O qeyd edib ki, hazırda təşkilat Şərqi Avropa, Cənubi Avropa, Qərbi Balkanlar, Türkiyə, Rusiya, Qafqaz ölkələri və Mərkəzi Asiyanı əhatə edən 25 ölkədə fəaliyyət göstərir:
“Regional ofis İstanbul şəhərində yerləşir. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) yeni strategiyasında əsas diqqətin mənzil məsələlərinə və mənzil böhranına yönəldilib. Təşkilat transformativ dəyişikliklərə nail olmaq üçün fəaliyyətini üç əsas istiqamət üzrə qurur. Bunlar yoxsulluğun aradan qaldırılması və yerli səviyyədə rifahın dəstəklənməsi, iqlim fəaliyyəti üzrə yerli tədbirlərin gücləndirilməsi, həmçinin şəhər dayanıqlılığı, bərpa və yenidənqurma işlərinin davam etdirilməsidir. Bu məqsədlərə çatmaq üçün şəhərsalma, məkan planlaşdırılması, Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması, məlumat bazaları və innovativ həllər kimi alətlərdən istifadə olunur”.