00:27
18°C
Bakı
İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola bu mövsümün sonunda vəzifəsindən ayrılacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilib ki, ispaniyalı mütəxəssis cari mövsüm başa çatdıqdan sonra baş məşqçi postunu tərk edəcək.
Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "şəhərlilər"i çalışdırır. Onun rəhbərliyi altında komanda İngiltərə Premyer Liqası, UEFA Çempionlar Liqası və digər turnirlərdə bir sıra titullar qazanıb.
"Mançester Siti" Premyer Liqada son iki oyununu "Bornmut" və "Aston Villa"ya qarşı keçirəcək. Komanda 77 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.