00:27
18°C
Bakı
ABŞ gəmilərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışı və daşınması əməliyyatlarının Amerika sanksiyalarından çıxarılmasını daha 30 gün uzadıb.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent X hesabında paylaşım edib.
"Bu qərar xam neftin fiziki bazarını sabitləşdirməyə kömək edəcək və onun enerji baxımından ən həssas ölkələrə daxil olmasını təmin edəcək”, - nazir qeyd edib.
Qeyd edək ki, ABŞ Rusiya neftinə sanksiyaları 13 martda bir aylıq ləğv etmiş, daha sonra isə daha bir ay uzatmışdı.