Bizi sosial şəbəkələrdən izləyin:
"İran və ABŞ sonuncu nizamlanma planına dəyişikliklər edilməsi məqsədilə Pakistan vasitəsilə təklif və qeydlərin mübadiləsini davam etdirir".
Moderator.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai məlumat verib.
"Ötən həftə ABŞ tərəfinin İranın planını ictimaiyyət qarşısında qəbuledilməz adlandırmasına baxmayaraq, biz pakistanlı vasitəçilərin köməyi ilə düzəlişlər üçün bir sıra irad və təkliflər əldə etdik. Buna görə də, öz şərhlərimizi ABŞ-yə göndərdikdən dərhal bir gün sonra Pakistandan son bir neçə gün ərzində nəzərdən keçirilən təkliflər paketi aldıq. Dünən bəyan edildiyi kimi, bizim cavab qeydlərimiz də ABŞ tərəfinə çatdırılıb", - deyə İ.Bəqai mətbuat konfransı zamanı bildirib.
İran XİN nümayəndəsinin sözlərinə görə, danışıqlar prosesi fasiləsiz olaraq davam etdirilir.