Almaniyada yanacaq böhranı: Qiymətlər yüksəlməkdə davam edir
Dünya
148
12:30, Bu gün

Almaniyada yanacaq böhranı: Qiymətlər yüksəlməkdə davam edir

Fars körfəzində baş verən münaqişə səbəbindən Almaniya rəhbərliyi yanacaq qıtlığı və qiymət artımı problemi ilə mübarizə aparmaqda çətinlik çəkir.

Moderator.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Almaniya Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayer məlumat verib.

Onun sözlərinə görə, yanacaq çatışmazlığı eyni vaxtda bir neçə sahəyə mənfi təsir göstərir. O qeyd edib ki, Almaniyadakı yanacaqdoldurma məntəqələrində qiymətlər yüksəlməkdə davam edir, aviasiya sektoru isə kerosin çatışmazlığı ilə üzləşib.

Nimayer bildirib ki, hakimiyyət orqanları hələlik bu problemin həlli ilə bağlı heç bir təklif irəli sürməyib. Məhz bu vəziyyətə görə dünyanın bir çox ölkələrində yanacağın qiyməti kəskin artıb.

Bundan əvvəl ABŞ-nin energetika naziri Kris Rayt Hörmüz boğazının ən geci 2026-cı ilin yayına qədər açılacağını bəyan edib.

Nazirin sözlərinə görə, əgər İran dünya iqtisadiyyatını "girov saxlamağa" davam edərsə, ABŞ hərbçiləri Hörmüz boğazını güc tətbiq edərək açacaqlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər