23:53
18°C
Bakı
İtaliyanın şimalında yerləşən Modena şəhərində avtomobiln insanların üzərinə sürüüb, nəticədə azı 10 nəfər xəsarət alıb.
Moderator.az xəbər verir ki, bu barədə "Il Giornale" məlumat yayıb.
Yaralananlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Qadınlardan biri avtomobilin onu vitrinə sıxması nəticəsində hər iki ayağını itirib.
Məlumata görə, avtomobili idarə edən 31 yaşlı kişi saxlanılarkən hadisə yerindən qaçmağa çalışıb. Bildirilir ki, o, yolunu kəsməyə çalışan şəxslərdən birinə bıçaqla xəsarət yetirib.
Şahidlərin sözlərinə görə, hadisəni törədən şəxs özü də xəsarət alıb. Buna baxmayaraq, polis onu qısa müddətdə saxlaya bilib.