Aviauçuşlarla bağlı ciddi təhlükə: 20 milyon sərnişinə təsir edə bilər
Dünya
226
10:30, Bu gün

Aviauçuşlarla bağlı ciddi təhlükə: 20 milyon sərnişinə təsir edə bilər

Kerosin qıtlığı səbəbindən qarşıdakı yay mövsümündə aviareyslərin ləğvi Almaniyada təxminən 20 milyon sərnişinə təsir göstərə bilər.
 
Bunu Almaniya Aeroportlar Assosiasiyasının (ADV) baş direktoru Ralf Bayzel "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.
 
"Ən pis ssenaridə bəzi hava limanlarında buraxılış qabiliyyətinin 10% azalması təhlükəsi var. Bütün hava limanları üzrə hesabladıqda bu, təxminən 20 milyon sərnişinə təsir göstərə bilər", - deyə o qeyd edib.
 
R.Bayzelin sözlərinə görə, bəzi marşrutlar üzrə təyyarələr ümumiyyətlə Almaniyadan uçuş həyata keçirməyə bilər. Digər istiqamətlərdə isə reyslərin sayı azalacaq və aviabiletlərin qiyməti xeyli bahalaşacaq.
 
O bildirib ki, ilk növbədə loukoster aviaşirkətləri bəzi istiqamətlər üzrə uçuşları dayandıra bilər.
 
Xatırladaq ki, aprelin ortalarında Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol "Associated Press" agentliyinə müsahibəsində Avropanın təxminən altı həftə ərzində aviasiya yanacağı ehtiyatlarını tükədə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər