Trampdan hantavirus açıqlaması
Dünya
246
20:41, Bu gün

Trampdan hantavirus açıqlaması

ABŞ Prezidenti Donald Tramp hantavirusla bağlı vəziyyətin "çox yaxşı nəzarətdə" olduğunu bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb.
 
"Görünür, vəziyyətə çox yaxşı nəzarət edirik", - deyə dövlət başçısı bildirib. O əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı bu virusu "çox yaxşı tanıyır".
 
Donald Tramp vurğulayıb ki, hantavirus "COVID-19"dan fərqli olaraq asanlıqla yayılmır.
 
Xatırladaq ki, mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Argentinadan Kabo-Verdeyə Atlantik okeanı üzərindən hərəkət edən Niderlandın "MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı məlumat yayıb.
 
Məlumata görə, indiyədək doqquz yoluxma halı təsdiqlənib və onlardan üçü ölüm ilə nəticələnib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər