16:23
22°C
Bakı
Kiyevin təhdidləri və Rusiyanın mümkün cavab barədə xəbərdarlığı fonunda Moskva ilə Vaşinqton arasında əlaqələr intensivləşib və bu da atəşkəs razılaşmasına gətirib çıxarıb.
Moderator.az xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
O, həmçinin qeyd edib ki, əksər dünya paytaxtları Kiyevin təhdidlərinə cavab olaraq Moskvanın xəbərdarlıqlarına anlayışla yanaşıblar.
Uşakov vurğulayıb ki, Qırmızı Meydana heç bir zərbə endirilməyib: "Təbii ki, Kiyevə kütləvi cavab raket zərbəsi də endirilməyib".