22:09
17°C
Bakı
Rusiya ordusu faktiki olaraq bütün cəbhə boyu hücum hərəkətlərini aktivləşdirib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunların yenidən qruplaşdırılmasını həyata keçirir.
Sırski qeyd edib ki, rusların təxminən 106 min şəxsi heyətini cəmləşdirdiyi Pokrovsk hazırda ən gərgin istiqamətdir.