22:09
17°C
Bakı
"Rəsmi Tehran münaqişənin nizamlanmasına dair ABŞ-nin irəli sürdüyü razılaşma təklifinə hələlik münasibət bildirməyib".
Moderator.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü İsmayıl Bəqai məlumat yayıb.
O, "Tasnim" agentliyinə açıqlamasında qeyd edib ki, hazırda danışıqlar prosesi çərçivəsində cavab variantı öyrənilir: "Yekun nəticə əldə olunan kimi biz bu barədə mütləq şəkildə ictimaiyyətə məlumat verəcəyik".
Qeyd edək ki, bir müddət öncə ABŞ dövlət katibi və milli təhlükəsizlik müşaviri Marko Rubio Vaşinqtonun nizamlanma təklifləri ilə bağlı Tehrandan rəsmi cavab gözlədiyini vurğulayıb.