21:21
12°C
Bakı
ABŞ-nin İranla münaqişəni tənzimləmək üçün irəli sürdüyü son təklifdə Tehran üçün qəbuledilməz şərtlərin yer aldığı bildirilir.
Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ mətbuatında tərəflərin müharibəni dayandırmaq üçün memorandum imzalamağa yaxın olması barədə xəbərlər yayılsa da, Tehran hələlik rəsmi cavab verməyib. Qeyd olunur ki, ABŞ-nin son planında İran tərəfi üçün qəbuledilməz bəndlər mövcuddur.
Agentliyin həmsöhbəti iddia edib ki, ABŞ KİV-in bu mövzu ilə bağlı təbliğatı Prezident Donald Trampın Hörmüz boğazında gəmilərin təhlükəsiz tranzitini nəzərdə tutan "Project Freedom" əməliyyatının dayandırılması barədə qərarına bəraət qazandırmaq məqsədi daşıyır.