ABŞ və Britaniyanın maliyyə nazirləri arasında İranla bağlı QALMAQAL
Dünya
151
19:10, Bu gün

ABŞ və Britaniyanın maliyyə nazirləri arasında İranla bağlı QALMAQAL

ABŞ-nin maliyyə naziri Skott Bessent britaniyalı həmkarı Reyçel Rivzin Vaşinqtonun Tehrana yönəlik hərbi addımlarını tənqid etməsinə sərt reaksiya verib.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti öz mənbələrinə əsaslanaraq xəbər yayıb.

Aprel ayında paytaxt Vaşinqtonda baş tutan Beynəlxalq Valyuta Fondunun toplantısı çərçivəsində britaniyalı nazir CNBC kanalına müsahibə verib. O, Tehranla qarşıdurmanın məqsədlərinin heç bir zaman aydın olmadığını vurğulayıb və daha geniş təhlükəsizlik məsələlərinə toxunub.

Rivzin bu bəyanatları Bessent tərəfindən mənfi qarşılanıb.

Qəzeti bilgiləndirən mənbələrin məlumatına əsasən, həmin günün sonlarında tərəflər bir araya gələrkən amerikalı nazir Britaniya təmsilçisini verdiyi bu cür şərhlərə görə qınayıb.

Bessent ABŞ və İsrailin İrana qarşı atdığı addımlar nəticəsində dünyanın daha təhlükəsiz məkana çevrildiyini iddia edib, həmkarını Tehranın Londona mümkün nüvə zərbəsi ehtimalı ilə qorxutmağa çalışıb. Buna sərt şəkildə cavab verən Rivz amerikalı nazirin tabeliyində işləmədiyini və onun bu cür danışıq tərzini qəbul etmədiyini bildirib. O, bu məqamda İranla olan münaqişədə konkret məqsədlərin olmamasını bir daha təkrarlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər