Məhv edilən İran katerləri silahsız olub?
Dünya
146
20:10, Bu gün

Məhv edilən İran katerləri silahsız olub?

ABŞ hərbçilərinin məhv etdiyi İran katerlərinin üzərində hər hansı ağır silah olmayıb.

Moderator.az xəbər verir ki, bu məlumatı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn mətbuat konfransı zamanı açıqlayıb. Müvafiq sualı cavablandıran general bildirib: "Əhəmiyyətli heç nə yox idi, yalnız atıcı silahlar".

ABŞ-nin hərb naziri Pit Heqset isə öz növbəsində əlavə edib ki, söhbət sadəcə tüfənglərdən və ya kiçik çaplı pulemyotlardan gedir. Onun sözlərinə görə, əməliyyat gedişatında həmçinin quruda yerləşən bir neçə kiçik qanadlı raketin də vurulduğu iddia edilir.

Den Keyn İslam Respublikasının hərbi arsenalında kamikadze delfinlərin olması barədə yayılan şayiələri də təkzib edib. O, jurnalistlərin suallarına belə cavab verib: "Kamikadze delfinlər mövzusu barədə heç vaxt eşitməmişəm".

Pentaqon rəhbəri bununla bağlı əlavə edib ki, Birləşmiş Ştatların döyüş delfinlərinə sahib olub-olmadığını nə təsdiq, nə də təkzib edə bilər. O qeyd edib ki, İranın belə bir vasitəyə malik olmadığını təsdiqləmək mümkündür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər