Gürcüstan 101 əcnəbini ölkədən qovdu - Aralarında azərbaycanlılar da var
Dünya
132
12:15, Bu gün

Gürcüstan 101 əcnəbini ölkədən qovdu - Aralarında azərbaycanlılar da var

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 101 xarici vətəndaşı ölkədən deportasiya edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan DİN sosial şəbəkə hesabında məlumat yayıb.
 
Bildirilib ki, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkmənistan, Hindistan, Türkmənistan, İraq, Azərbaycan, Rusiya, Özbəkistan, Nigeriya, Banqladeş, İordaniya, Keniya, Sudan, Belarus, Uqanda, Nepal, Pakistan, Filippin, Qırğızıstan, Zimbabve və Livan və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.
 
Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər