Dubay və Şarcaya aviareyslərdə ləngimələr var
Dünya
121
21:40, Bu gün

Dubay və Şarcaya aviareyslərdə ləngimələr var

"Flightradar24" xidməti sərnişinləri BƏƏ-də Dubay və Şarca istiqamətindəki uçuşlarda ehtimal olunan gecikmələr barədə xəbərdar edib.

Moderator.az xəbər verir ki, bununla bağlı müvafiq məlumat servisin sosial şəbəkə hesablarında paylaşılıb.

"Hazırda Dubay və Şarcaya yönələn aviareyslərdə ləngimələr müşahidə edilir. Hava hücumundan müdafiə qüvvələrinin davam edən fəaliyyəti barədə məlumatlar daxil olur", - deyə bildirişdə qeyd olunur.

BƏƏ-yə uçan bir neçə təyyarənin istiqaməti dəyişdirilərək Omana yönləndirilib. Buna baxmayaraq, Şarca və Dubay hava limanlarının onlayn cədvəllərinə əsasən, əksər reyslərin gedişi və gəlişi qrafikə uyğun aparılır.

Gün ərzində Dubay rəhbərliyi yerli əhalini və turistləri raket təhlükəsi ehtimalı barədə bir neçə dəfə xəbərdar edib. Əbu-Dabi rəhbərliyi də raket təhlükəsi barədə elan verərək, sakinlərdən və qonaqlardan küçəyə çıxmamağı, həmçinin təcili yardım və xilasetmə xidmətlərinin sonrakı göstərişlərini gözləməyi xahiş edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər