İranın ən böyük kriptobirjasının ABŞ sanksiyalarından necə yan keçdiyi bilindi
Dünya
275
01 May 2026 | 21:50

İranın ən böyük kriptobirjasının ABŞ sanksiyalarından necə yan keçdiyi bilindi

Xamenei klanına yaxın olan, İranın ən nüfuzlu ailələrindən biri - Xarrazi ailəsi ölkədə SEPAH-ın sanksiyalardan yayınması və milyonlarla dolların köçürülməsi üçün istifadə etdiyi kriptovalyuta birjasını təsis edib.

Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Xarrazi ailəsindən olan iki qardaş başqa soyadla - Ağamir 2018-ci ildə "Nobitex" birjasını təsis ediblər.

Bu birja paralel maliyyə sistemində mərkəzi qovşağa çevrilib və ABŞ sanksiyalarına baxmayaraq, hətta cari müharibə dövründə belə pul köçürmələrini mümkün edib.

Xarrazi klanı İran hakim elitasında əsas mövqelər tutur. Bu ailənin üzvləri nəsillər boyu ali rəhbərlərə məsləhətlər verib, mühüm vəzifələrdə çalışıblar. Klan İslam Respublikasının ali rəhbərləri ilə - İranın keçmiş lideri Ruhulla Xomeyni, Əli Xamenei və Müctəba Xamenei ilə qohumluq əlaqələrinə malikdir.

"Nobitex" sanksiyalara məruz qalmış təşkilatlar - o cümlədən İran Mərkəzi Bankı və SEPAH ilə əlaqəli yüz milyonlarla dollarlıq əməliyyatları emal edib. Şirkət 11 milyon istifadəçisi olduğunu bildirir ki, bu da ölkə əhalisinin 10 faizindən çoxunu təşkil edir. Sanksiyalar tətbiq edildikdən sonra bir çox iranlılar kriptovalyuta almaq və saxlamaq üçün bu birjadan istifadə ediblər.

"Nobitex"in sanksiyalardan yayınması ilə bağlı sübutları dələduzluğa görə məhkum edilmiş iranlı milyarder təqdim edib. Dekabr ayında o, sosial şəbəkələrdə pul kisəsi ünvanlarını dərc edib və bu da kriptoanalitiklərə sanksiyalardan yayınma sxemini aşkar etməyə imkan verib. Həmin sxemin mərkəzində bu şirkətin dayandığı bildirilir.

Agentliyin məlumatına görə, "Nobitex" İranın dünya bazarlarına "körpü" rolunu oynayır. "Crestal Intelligence" şirkəti tərəfindən aparılmış blokçeyn qeydlərinin təhlili və dörd özəl maliyyə detektivi ilə aparılan müsahibələrə əsasən, İran bu birjadan bank sisteminə çıxışı olmayan müttəfiqlərinə vəsaitlərin ötürülməsi üçün istifadə edir. Birjanın keçmiş əməkdaşlarının "Reuters" agentliyinə verdiyi məlumata görə, onun vasitəsilə sanksiyalara məruz qalan dövlət vəsaitləri də dövriyyəyə buraxılıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər