Nyu-Yorkun milyarderləri mer Mamdaniyə qarşı çıxıblar
Dünya
230
21:05, Bu gün

Nyu-Yorkun milyarderləri mer Mamdaniyə qarşı çıxıblar

Nyu-Yorkun ən varlı sakinləri yeni daşınmaz əmlak vergisi təşəbbüsündən sonra şəhərin meri Zohran Mamdaniyə qarşı çıxıblar.

Moderator.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, aprel ayında Nyu-York ştatının qubernatoru Keti Hokul və şəhərin meri Zohran Mamdani dəyəri 5 milyon dollardan yuxarı olan ikinci mənzillərə yeni vergi tətbiq etməyi təklif ediblər.

Təşəbbüs elit daşınmaz əmlakın super varlı sahiblərinə yönəlib. Tədbirin məqsədi şəhər büdcəsini artırmaq və sosial bərabərsizliklə mübarizə aparmaqdır. Bu ideya ştatın ən varlı şəxslərinin və ABŞ Prezidenti Donald Trampın tənqidinə məruz qalıb.

Nyu-Yorkda ikinci mənzillərə vergi tətbiqini elan edən Mamdaninin mətbuata açıqlamasında Midtaundakı 238 milyon dollar dəyərində olan penthaus qeyd olunub. Həmin penthausu əvvəlcə Ken Qriffitin aldığı bildirilsə də, sonradan məlum olub ki, daşınmaz əmlakı "Citadel LLC"nin təsisçisi Ken Qriffin əldə edib və merin açıqlamasında səhvə yol verilib. Bir müddət sonra Nyu-York meri həmin penthausun qarşısında video çəkərək alıcını adı ilə çağırıb.

Merin bu açıqlaması Uoll-Stritdəki şirkət rəhbərlərini və şəhərin ən varlı sakinlərini onun əleyhinə birləşdirib. Hətta demokratlara rəğbət bəsləyən milyarderlər də onun siyasətinə şübhə ilə yanaşıblar. İş adamlarının sözlərinə görə, onları verginin özü yox, Mamdaninin onlardan birinə qarşı şəxsi hücumları qəzəbləndirib.

"Bloomberg" qeyd edir ki, yeni vergi milyard dollarlıq kəsirlə üzləşən şəhər büdcəsini 500 milyon dollar artırmaq məqsədi daşıyır. Mamdani, həmçinin pulsuz avtobuslar və uşaqların məktəbəqədər təhsillə təmin edilməsi kimi sosial proqramların genişləndirilməsini maliyyələşdirmək üçün ən varlı şəxslərə və böyük korporasiyalara əlavə vergilərin tətbiqinin tərəfdarıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər