Donald Trampdan Fridrix Mertsə İranla bağlı xəbərdarlıq - FOTO
Dünya
358
19:10, Bu gün

Donald Trampdan Fridrix Mertsə İranla bağlı xəbərdarlıq - FOTO

ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mertsi İrana müdaxilə etməməyə, Ukraynadakı münaqişəyə və Almaniyanın daxili problemlərinə diqqət yetirməyə çağırıb.

Moderator.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib.

"Almaniya kansleri Rusiya və Ukrayna ilə müharibənin bitirilməsinə (bu məsələdə tamamilə səmərəsiz olub!) və öz ölkəsinin, xüsusən də immiqrasiya və enerji məsələlərində bərpa edilməsinə daha çox vaxt sərf etməli, İranın nüvə təhlükəsini aradan qaldıran və bununla da Almaniya da daxil olmaqla, dünyanı daha təhlükəsiz yerə çevirən məsələlərə daha az müdaxilə etməlidir!" - deyə ABŞ lideri paylaşımda yazıb.

Donald Trampdan Fridrix Mertsə İranla bağlı xəbərdarlıq - FOTO

Qeyd edək ki, Fridrix Merts daha əvvəl Almaniyanın Hörmüz boğazının blokadadan çıxarılmasında iştirak etməyə hazır olduğunu bəyan etmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər