Moskvada dəhşətli YANĞIN: Ölənlərin sayı artır
Dünya
229
15:53, Bu gün

Moskvada dəhşətli YANĞIN: Ölənlərin sayı artır

Moskvanın şimalında tikilməkdə olan binada baş verən güclü yanğın nəticəsində 7 nəfər həyatını itirib.
 
Moderator.az Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda xilasedici briqadası cəlb olunub.
 
Şəhərin şimal hissəsində yerləşən elit çoxmərtəbəli yaşayış kompleksinin tikinti meydançasında qeydə alınan yanğın qısa müddətdə geniş əraziyə yayılıb.
 
Xilasedicilər alovların arasından 31 nəfəri sağ çıxarmağa nail olublar, hadisə nəticəsində 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Məlumata görə, binanın üçüncü mərtəbəsində hələ də çox sayda insanın qaldığı ehtimal olunur. Yanğın baş verən zaman obyektin daxilində ümumilikdə 200-ə yaxın şəxsin olduğu bildirilir. Hazırda xilasetmə əməliyyatları davam etdirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər