İdman
164
16:27, Bu gün

"Qalatasaray"da böyük dəyişiklik: Hücum xətti yenidən qurulur

"Qalatasaray" klubu yay transfer pəncərəsi üçün hazırlıqlara başlayıb.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, yeni mövsümdə Viktor Osimheni heyətində saxlamaq istəyən "Qalatasaray" Mauro İkardi ilə yollarını ayırmağa hazırlaşır.

Osimhenə əvəzedici hücumçu axtaran "sarı-qırmızılılar", "Başakşəhər"də çıxış edən milli futbolçu Bertuğ Yıldırımı transfer siyahısına əlavə edib.

"Qalatasaray" mövsüm başa çatan kimi "Başakşəhər" rəhbərliyi ilə masa arxasına əyləşərək, Bertuğ Yıldırımın transferi üçün rəsmi danışıqlara başlayacaq.

"Qalatasaray" "Portu"nun formasını geyinən digər Deniz Gülü də yaxından izləyir. Osimhenlə birlikdə yeni mövsümə ümumilikdə 3 hücumçu ilə daxil olmaq istəyən "sarı-qırmızılılar"ın, "Portu"da müntəzəm olaraq forma şansı qazanmağa başlayan Deniz Gül üçün də bütün imkanlarını səfərbər edəcəyi bildirilib.

Qeyd edək ki, "Qalatasaray"da Mauro İkardinin müqaviləsi iyun ayında başa çatacaq. "Sarı-qırmızılılar" 10 milyon avroluq maaşında güzəştə getməyəcəyi üçün ulduz futbolçu ilə yola davam etməmək qərarını alıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər