Bizi sosial şəbəkələrdən izləyin:
"BMT Təhlükəsizlik Şurasında İran məsələsi üzrə konsensus dağılıb və çox uzun müddət ərzində bərpa olunmaya bilər".
Moderator.az "Iran International"a istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bəyan edib.
ABŞ-nin Xarici Əlaqələr şurasında çıxış edən Qrossi diqqətə çatdırıb ki, 2016 və ya 2017-ci illərə qədər Təhlükəsizlik Şurasının İrana dair qətnamələri tez-tez səsvermə olmadan, ümumi razılıq əsasında qəbul edilirdi.
"Amma bu konsensus yoxa çıxıb. Və mən onun uzun müddət geri dönəcəyini görmürəm", - deyə o vurğulayıb.
Baş direktor əlavə edib ki, gələcəkdə Şura genişmiqyaslı razılaşmalar əldə etməkdənsə, məsələləri fərdi şəkildə (case by case) nəzərdən keçirərək, böyük ehtimalla daha praqmatik tərzdə işləyəcək.