Dağıstanda sel fəlakətinin baiskarlarına qarşı ƏMƏLİYYAT - VİDEO
Dünya
208
18:20, Bu gün

Dağıstanda sel fəlakətinin baiskarlarına qarşı ƏMƏLİYYAT - VİDEO

Sel fəlakətlərinin ardınca Dağıstanda Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyində, həmçinin "Daqmeliovodxoz" İdarəsində (Federal Dövlət Büdcə Müəssisəsi) yoxlamalar həyata keçirilib.

Moderator.az TASS-a istinadla xəbər verir ki, bu məlumatı Rusiya İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Qurumun bəyanatında qeyd olunur ki, açılmış cinayət işinin istintaqı çərçivəsində həm "Daqmeliovodxoz"un, həm də regional nazirliyin inzibati ofislərində əməliyyat tədbirləri həyata keçirilib, istintaq üçün əhəmiyyət kəsb edən mühüm sənədlər və əşyalar müsadirə olunub.

Xəbərə əsasən, Mahaçqala şəhər administrasiyasının məsul şəxsləri və digər müvafiq orqanlar 2009-cu ildən başlayaraq 2026-cı ilin mart ayınadək əsaslı inşaata icazə verilməyən çay yataqları və su mühafizə ərazilərindəki torpaqları ayrı-ayrı fiziki şəxslərin adına rəsmiləşdiriblər. Üstəlik həmin vəzifəli şəxslər tərəfindən çoxmənzilli binaların tikintisi üçün verilən icazələr sonradan qanunsuz hesab edilib. Məhkəmə instansiyalarının bu binaların qanunsuz tikilməsi səbəbindən sökülməsi barədə çıxardığı qərarlara rəğmən bu istiqamətində heç bir addım atılmayıb.

Eyni zamanda, İstintaq Komitəsi aşkarlayıb ki, adıçəkilən torpaq sahələrində çay məcralarının doldurulması həyata keçirilib ki, bu da suyun maneəsiz axınına və ərazinin təmizlənməsi işlərinə ciddi əngəl yaradıb. Səlahiyyətli dövlət strukturlarının zəruri nəzarəti həyata keçirməməsi səbəbindən ətraf zonalarda daşqın təhlükəsi artıb:

"Qeyd edilən hərəkətlər, eləcə də hərəkətsizlik nəticəsində həm dövlətin, həm də vətəndaşların qanunla qorunan hüquq və mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaradılıb".

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər