20:20
10°C
Bakı
ABŞ Hind okeanında neft tankerini ələ keçirib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Nazirliyi məlumat yayıb.
Məlumata görə, “Majestic X” adlı tanker İran neftini daşıyıb.
Müharibə Nazirliyi hərbçilərin gəminin göyərtəsinə enməsini əks etdirən görüntüləri yayımlayıb.
Pentaqon yaydığı bəyanatda İrana maddi dəstək göstərən bütün gəmilərin saxlanılacağını vurğulayıb.
İran tərəfi hələlik məsələyə münasibət bildirməyib.