ABŞ kəşfiyyat təyyarəsi Qara dənizdə yenidən göründü - Nə baş verir?
Dünya
360
15:00, Bu gün

ABŞ kəşfiyyat təyyarəsi Qara dənizdə yenidən göründü - Nə baş verir?

Amerika Birləşmiş Ştatlarına məxsus kəşfiyyat təyyarəsi altı gün sonra yenidən Qara dəniz səmasında müşahidə edilib.
 
Bu barədə xəbəri TASS agentliyi verib.
 
Qeyd olunur ki, ABŞ-nin məlumat toplama və kəşfiyyat məqsədli "Bombardier Challenger 650 Artemis II" təyyarəsi sonuncu missiyasından altı gün sonra Qara dənizin beynəlxalq suları üzərində yenidən peyda olub.
 
Aprelin 17-də bu ərazidə sonuncu dəfə uçuş həyata keçirən hava gəmisi Konstansa hava limanından qalxaraq Rumıniya və Bolqarıstanın hava hərəkəti dispetçerlərinin nəzarət zonalarından keçməklə dəniz üzərində missiyasını davam etdirib. Təyyarə indiyədək bir neçə dövrə etsə də, heç bir dövlətin suveren hava məkanını pozmayıb.
 
Məlumatda, həmçinin bildirilir ki, uçuş mülki aviasiya üçün nəzərdə tutulmuş rəsmi marşrutlardan kənarda həyata keçirilir.
 
Aprel ayı ərzində "Bombardier Challenger 650 Artemis II" Qara dəniz üzərində dəfələrlə görünüb və onun Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin "Boeing RC-135W Rivet Joint" strateji kəşfiyyat təyyarəsi ilə ortaq uçuşları da müşahidə edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər