Bizi sosial şəbəkələrdən izləyin:
Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktum "Qızıl xətt" adlandırılan yeni metro xəttinin tikintisini elan edib.
Moderator.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib.
Layihəyə əsasən, metro xəttinin uzunluğu 42 km olacaq və tunellər yerin 40 metrədək dərinliyindən keçəcək.
"Yeni xətt şəhərin 15 əsas strateji rayonunu əhatə edəcək, təxminən 1.5 milyon sakinə xidmət göstərəcək və 55 iri daşınmaz əmlak obyektinə çıxışı yaxşılaşdıracaq", - deyə əl-Məktum bildirib.
Layihənin həyata keçirilməsi Dubay metrosunun ümumi uzunluğunu 25% artıracaq. Tikintinin dəyərinin 9.25 milyard dollar olacağı gözlənilir. İşlərin 2032-ci ilin sentyabrınadək tamamlanması planlaşdırılır.