Serj Sarqsyanın qardaşı qızının milyonlarla dollarlıq əmlakı və pulları əlindən alınacaq
Dünya
202
17:40, Bu gün

Serj Sarqsyanın qardaşı qızının milyonlarla dollarlıq əmlakı və pulları əlindən alınacaq

Ermənistanın Antikorrupsiya Məhkəməsi eks-prezident Serj Sarqsyanın qardaşı qızı Ani Sarqsyandan səhmlərinin və pul vəsaitlərinin müsadirə edilməsi barədə qərar çıxarıb.

Moderator.az yerli mətbuata istinadən xəbər verir ki, qərar prokurorluğun qanunsuz yolla əldə edilmiş əmlakın tutulmasına dair iddiasının qismən təmin edilməsi çərçivəsində qəbul olunub.

Məhkəmənin qərarına əsasən, Ani Sarqsyana (Serj Sarqsyanın qardaşı Levon Sarqsyanın qızına) məxsus "Areni" su elektrik stansiyasının (SES) 39 341 səhmi dövlətin xeyrinə müsadirə edilməlidir.

Səhm paketinin dəyəri dəqiqləşdirilməyib, lakin stansiyanın ümumi qiyməti təxminən 686 milyon dram (1.8 milyon dollardan çox) təşkil edir.

Bundan əlavə, 2021-ci ilin aprelində yerləşdirilmiş bank əmanətləri və onlara hesablanmış faizlər də müsadirə edilməlidir: təxminən 864 min dollar, 12 milyon dram (32 min dollar) və 5 min avro.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər