ABŞ Braziliyanın təhlükəsizlik üzrə attaşesindən ölkədən çıxmasını tələb edib
Dünya
270
17:00, Bu gün

ABŞ Braziliyanın təhlükəsizlik üzrə attaşesindən ölkədən çıxmasını tələb edib

ABŞ Braziliyanın təhlükəsizlik məsələləri üzrə attaşesindən ölkədən çıxmasını tələb edib.

 

Moderator.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin Qərb Yarımkürəsi İşləri Bürosunun "X" sosial şəbəkəsində paylaşım edilib.

 

"Heç bir əcnəbi rəsmi ekstradisiya sorğularından yayınmaq məqsədilə immiqrasiya sistemimizdən sui-istifadə etmək imkanına malik olmamalıdır", - deyə məlumatda vurğulanıb.

 

"Reuters" agentliyinin məlumatına görə, söhbət təhlükəsizlik üzrə attaşe Marselo İvo de Karvalyodan gedir. Onun Braziliya hökuməti ilə ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidməti (ICE) arasında əlaqələndirici şəxs olduğu iddia edilir.

 

Qeyd olunub ki, ötən həftə ABŞ-nin immiqrasiya və gömrük xidməti Braziliya kəşfiyyatının sabiq rəhbəri Aleksandr Ramajemi saxlayıb. O, keçmiş prezident Jair Bolsonaro ilə birlikdə dövlət çevrilişinə hazırlıqda ittiham olunduqdan sonra ötən ilin sentyabrında Braziliyadan qaçıb. Saxlanılma səbəbi immiqrasiya ilə bağlı məsələlər olub. Daha sonra keçmiş braziliyalı məmur sərbəst buraxılıb.

 

Bundan əvvəl ABŞ hökuməti ICE əməkdaşlarına kütləvi etirazlar fonunda Minnesota ştatında miqrant reydləri zamanı təxribatçılarla təmasa girməməyi əmr edib. Yeni təlimatlara əsasən, işçilər yalnız cinayət ittihamı və ya məhkumluğu olan miqrantları təqib etməlidirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər