BAEA:
Dünya
1436
20 Apr 2026 | 22:40

BAEA: "Zəlzələ və sunamidən sonra Yaponiyanın nüvə obyektlərinə ziyan dəyməyib"

Yaponiyanın nüvə obyektləri zəlzələ və sunamidən sonra normal fəaliyyət göstərir.

Moderator.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bu barədə sosial mediada məlumat verib.

"Yaponiya BAEA-ya məlumat verib ki, bu gün baş verən 7.5 bal gücündə zəlzələdən və sunami xəbərdarlığından sonra təsir altındaq bölgələrdəki nüvə obyektlərində heç bir nasazlıq yoxdur", - agentliyin açıqlamasında deyilir.

Qeyd olunub ki, Hiqaşidori, Onaqava, Fukuşima-1 və Fukuşima-2 atom elektrik stansiyaları normal fəaliyyət göstərir. Tokio Elektrik Enerjisi Şirkəti stansiyaların ətrafındakı radiasiya səviyyəsinin dəyişmədiyini təsdiqləyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər