13:49
15°C
Bakı
İsrail və Livan aprelin 23-də Vaşinqtonda növbəti birbaşa danışıqlar raundunu keçirəcək.
Moderator.az xəbər verir ki, bu barədə "Kan" dövlət teleradio şirkəti məlumat yayıb.
Danışıqlar ABŞ Dövlət Departamentində baş tutacaq və tərəflər Vaşinqtondakı səfirlər səviyyəsində təmsil olunacaqlar.
Qeyd edək ki, aprelin 14-də ABŞ-də İsrail və Livan arasında son 33 ildə ilk birbaşa danışıqlar keçirilib. Həmin görüşdə də tərəflər ABŞ-dəki səfirləri səviyyəsində təmsil olunmuşdular.