İsrail Livanın cənubunda atəşkəsi pozub?
Dünya
254
15:45, Bu gün

İsrail Livanın cənubunda atəşkəsi pozub?

Livanın cənub ərazilərində İsrail tərəfindən atəşkəs rejiminin pozulması halları qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb. Qeyd olunub ki, İsrailin artilleriya qüvvələri Beyt-Yahun və Kounin yaşayış məntəqələrini hədəfə alıb.

Qeyd edək ki, cümə günü Bakı vaxtı ilə saat 01:00-da Livan və İsrail arasında 10 günlük atəşkəs rejimi qüvvəyə minib. Sözügedən razılaşma ABŞ lideri Donald Trampın vasitəçiliyi ilə Livan Prezidenti Cozef Aun və yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu arasında əldə olunmuşdu.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər