Hörmüz boğazında daha bir gəmi VURULDU - YENİLƏNİB
Dünya
625
18:10, Bu gün

Hörmüz boğazında daha bir gəmi VURULDU - YENİLƏNİB

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahilləri yaxınlığında gəmi ilə bağlı daha bir insidentin baş verməsi barədə məlumat yayıb.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə mərkəzin yaydığı rəsmi bəyanatda bildirilib.
 
"UKMTO-ya Omandan şərqə doğru üç dəniz mili (5,5 kilometr) məsafədə baş vermiş hadisə ilə bağlı məlumat daxil olub. Kapitan gəminin yanına mərmi düşdüyünü, suyun sıçradığını gördüyünü qeyd edib", - deyə məlumatda vurğulanır.
 
Qeyd olunur ki, sözügedən insident kruiz gəmisi ilə yaşanıb.
 
Bəyanatda həmçinin gəmilərə hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunub.
 
17:30
Omanın şimal-şərq istiqamətində hərəkət edən konteyner gəmisi naməlum istiqamətdən hücuma məruz qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) açıqlamasında öz əksini tapıb.
 
"UKMTO Omanın şimal-şərqindən 25 dəniz mili uzaqlıqda baş verən hadisə ilə bağlı bildiriş alıb. Konteyner gəmisi mənşəyi bilinməyən mərmi ilə vurulub və nəticədə gəmidəki bəzi konteynerlərə ziyan dəyib", - deyə açıqlamada qeyd olunub.
 
16:45
Hörmüz boğazında hücuma məruz qalan gəmilərin hansı ölkəyə aid olduğu müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
 
"İki Hindistan tankeri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən Hörmüz boğazından qərbə doğru geri çəkilməyə məcbur edilib. Hadisə zamanı atışma da baş verib", - deyə qeyd edilib.
 
15:15
Məlumata görə, Hindistan bayrağı altında üzən tankerlərdən biri 2 milyon barel İraq nefti daşıyırdı.

Omanın şimal-şərqindən təxminən 20 dəniz mili məsafədə SEPAH-a məxsus iki hərbi qayıq bir tankerə yan alıb.

Moderator.az xəbər verir ki, Böyük Britaniyanın Dəniz Təhlükəsizliyi Agentliyini - UKMTO-nun məlumatına əsasən, radio vasitəsilə hər hansı xəbərdarlıq etmədən tankerə atəş açılıb.

Hadisə zamanı ekipajın xəsarət almadığı bildirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər