Məktəbdə iki şagirdi ildırım vuraraq öldürüb
Dünya
262
15:25, Bu gün

Məktəbdə iki şagirdi ildırım vuraraq öldürüb

Türkiyənin Diyarbakır vilayətinin Ergani rayonunda ibtidai məktəbin həyətində ağaca ildırım düşməsi nəticəsində 2 uşaq ölüb, 1 nəfər isə ağır xəsarət alıb.

Moderator.az "Habertürk"ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Məlumata görə, ildırım məktəbin həyətində yerləşən ağaca düşüb. Bu zaman ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım və digər bir uşaq xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralıları xəstəxanaya çatdırıb.

Serkan Yıldırım və Kasım Yıldırım həkimlərin səylərinə baxmayaraq, ölüb. Xəstəxanada müalicəsi davam edən digər yaralının isə vəziyyətinin ağır olduğu bildirilir.

Həyatını itirən uşaqlar əmioğludur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər