Dünya
668
14:45, Bu gün

"Trampın əsl hədəfi İran yox, çoxqütblü dünyadır" - "Berliner Zeitung"

"Vaşinqtonun əsas məqsədi Çin və BRİKS-in yüksəlişini dayandırmaqdır..."

ABŞ-ın İrana qarşı apardığı müharibə zahirdə "molla rejiminə" qarşı kimi təqdim olunsa da, əslində daha geniş strategiyanın tərkib hissəsidir. 

Moderator.az xəbər verir ki, Almaniyanın "Berliner Zeitung" nəşri yazıb.

Yeni dünya düzəninə qarşı mübarizə

Nəşr yazır ki, əsas məqsəd yeni formalaşan çoxqütblü dünya nizamının qarşısını almaqdır. Nəşrə görə, Vaşinqton xüsusilə BRİKS ölkələrinin - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın güclənməsindən narahatdır.

Bu ölkələrin ortaq ödəniş sistemi yaratmaq cəhdləri dolların üstünlüyünü zəiflədə bilər. ABŞ isə bunu dayandırmaq üçün siyasi və hərbi təzyiq alətlərindən istifadə edir. Əsas hədəf isə Çin və onun formalaşdırmağa çalışdığı alternativ sistemdir.

Çin-Rusiya yaxınlaşması və risklər

Məqalədə qeyd olunur ki, Si Tszinpin Moskva ilə tərəfdaşlığı gücləndirməyin vacibliyini vurğulayıb və daha ədalətli dünya nizamına çağırış edib. Lakin Çin üçün əsas problem enerji asılılığıdır. Hörmüz boğazı ətrafındakı gərginlik Pekin üçün ciddi risk yaradır və Körfəz ölkələrindən asılılıq hələ də yüksəkdir.

Trampın sərt xətti

Donald Tramp həm ritorikada, həm də siyasətdə sərt kurs götürüb. O, "Truth Social"da yazıb: "Çin çox şaddır ki, mən Hörmüz boğazını açıq saxlayıram. Bu, müharibədən daha yaxşı deyilmi?"

Eyni zamanda, ABŞ beynəlxalq institutlara təzyiq göstərir, BMT və NATO-nu açıq şəkildə tənqid edir, bəzi ölkələrlə münasibətləri isə kəskinləşdirir. Müəllifin qənaətinə görə, Çin hələ BRİKS-i tam müdafiə edəcək gücdə deyil, ABŞ isə bu fürsətdən istifadə edərək daha aqressiv siyasət yürüdür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər