18:14
15°C
Bakı
Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda güclü fırtına hərəkət halında olan yük maşınındakı konteyneri uçurub.
Bu barədə Moderator.az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, fırtınanın havaya qaldırdığı konteyner körpüdən aşaraq, yolu nəqliyyatın hərəkəti üçün bağlayıb. Hadisə nəticəsində yaralanan olmayıb.
Konteynerin yük maşınından uçduğu anlar yoldan keçən digər nəqliyyat vasitəsinin kamerası tərəfindən lentə alınıb.
Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb və konteyner ərazidən çıxarıldıqdan sonra nəqliyyatın hərəkəti bərpa olunub.