17:07
16°C
Bakı
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra fevralın 28-də bağlanan Küveyt hava məkanı ardıcıl 50-ci sutka (gün) bağlı qalacaq.
Moderator.az-ın xəbərinə görə, bu barədə Yaxın Şərq aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.
"Ölkənin aviasiya hakimiyyəti uçuş qadağasını ən azı daha 12 saat - beynəlxalq vaxt ilə (UTC) saat 16:00-a (Bakı vaxtı ilə saat 20:00 - red.) qədər uzadıb", - deyə mənbə bildirib.
O bu müddəti müvəqqəti adlandırıb və qadağanın daha da uzadılma ehtimalını istisna etməyib.