Ebrahim Zülfüqari: İran Hörmüz boğazına hərbi nəzarəti bərpa edib
Dünya
359
13:27, Bu gün

Ebrahim Zülfüqari: İran Hörmüz boğazına hərbi nəzarəti bərpa edib

İran Silahlı Qüvvələri Hörmüz boğazına hərbi nəzarəti bərpa edib.

Moderator.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Hərbi Komandanlığının qərargah rəsmisi Ebrahim Zülfüqarinin bəyanatında deyilir.

"Bu strateji əhəmiyyətli boğaz silahlı qüvvələrin ciddi idarəçiliyi və nəzarəti altındadır. Daha əvvəl danışıqlar zamanı əldə edilmiş razılaşmalara uyğun olaraq, İran İslam Respublikası vicdanla məhdud sayda neft tankerlərinin və ticarət gəmilərinin Hörmüz boğazından tənzimlənən rejimdə keçməsinə icazə verməyə razılaşıb. Təəssüf ki, vədlərini dəfələrlə pozan amerikalılar dəniz quldurluğunu davam etdirirlər", - məlumatda qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər