Britaniya XİN rəhbəri Hörmüz boğazı ilə bağlı İrana çağırış edib
Dünya
243
13:20, Bu gün

Britaniya XİN rəhbəri Hörmüz boğazı ilə bağlı İrana çağırış edib

İran müharibəsi ilə bağlı atəşkəs qüvvədə olsa da, Hörmüz boğazında vəziyyət hələ də normal fəaliyyətə qayıtmayıb.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper “Reuters“ə bildirib.

O, Tehranı qlobal gəmiçiliyin tam bərpasına imkan yaratmağa çağırıb.

“Biz kritik diplomatik mərhələdəyik, artıq atəşkəs mövcuddur. Amma hələ də boğazdan normal keçid təmin olunmayıb”, — Kuper deyib.

Nazir qeyd edib ki, atəşkəs davamlı sülhə çevrilməlidir və dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan dəniz nəqliyyatının bərpası təcili məsələdir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər